End-to-end encryption

Abonent şifrləməsi − telekommunikasiya vasitələri ilə ötürülən informasiyanın kriptoqrafik metodlarla bilavasitə göndərənlə alan arasında mühafizəsi.
EMSEC
Enigma
OBASTAN VİKİ
Lends End
Lends End burnu (ing. Land's End) — Böyük Britaniyanın cənub-qərb hissəssində yerləşən burun. Lends End Kornuollun qərbində, Sennen kəndi ərazisində, Penzansdan 13 km aralıda yerləşir. Burundan qərbdə elədə böyük olmayan Silli arxipelaqı və Lonqşips qayaları yerləşir. Burundan 5 km şərqdə Lends End hava limanı vardır. Lends Enddən Con-о'Qrotsa olan məsafə 1349 km-dir.
World End
WORLD END (azərb. Dünya sonu‎) – Flow qrupunun 16-cı sinqlı. "Code Geass: Lelouch of the Rebellion R2" anime serialının 2-ci açılış mahnısıdır. İlk həftəsində Oricon çartlarında 4-cü yerə yüksəlmiş və 10 həftə boyunca çartda qalmışdır.
Beq End
Beq End yada Bəq End (ing. Bag End) — ingilis yazıçısı Con R. R. Tolkinin "Hobbit və ya oraya və geriyə" hekayəsində və "Üzüklərin hökmdarı" romanında təsvir edilmiş, Şırda Bilbo və Frodo hobbitlərinin yeraltı yaşayış yeri. Beq End hobbitlərin səyahətləri zamanı getdikləri “kənarda” təhlükəli dünya ilə ziddiyyət təşkil edən tanış, təhlükəsiz və rahat yeri təmsil edir. Buradan həm Bilbo, həm də Frodo Orta Dünyaya səyahətlərinə başlayırlar və səyahətlərinin sonunda burada qayıdırlar. Beləliklə, Beq End həm "Hobbit"də, həm də "Üzüklərin hökmdarı"nda əsas hekayə xətlərini açır və bağlayır. Con R. R. Tolkin özü özünü ölçüdən başqa hər şeydə "hobbit" kimi təsvir etmişdir. Onun əsərlərinin tədqiqatçılarının fikrincə, Beq End Tolkinin zehnində onun xarakterinin əsas xüsusiyyətlərini əks etdirən ideal ev obrazı idi.
Ritm-end-blyuz
Rhythm and blues — musiqi janrı. Amerika qaradərili musiqiçilərinin caz, rep kimi qarışığı olan bir musiqi janrı olaraq yaratdıqları janrdır. İlk dəfə 1947-ci ildə Cerri Ueksler tərəfindən "Bilbord" jurnalında istifadə olunmuşdur. İlk R&B nümunələri populyar səviyyədə Stivi Uander, Maykl Cekson kimi müğənnilər səsləndirib.
İst-End cadugərləri
İst End Cadugarları (ing. Witches of East End) — Melissa de la Kruz tərəfindən yazılmış və 2011-ci ildə Biçamp Ailəsi kitablar seriasına aid romandır. Kitab Hyperion Books tərəfindən 21 iyun 2011-ci ildə çap edilib və Long Adası cadugar ailəsinin onlara qarşı yönəlmiş bəd qüvvələrə qarşı mübarizəsindən söhbət açılır.
Seraph of the End
Seraph of the End və ya Yaponiyada tanınan adı ilə Owari no Seraph (終わりのセラフ, Owari no Serafu, azərb. Sonun serafimi‎) – Yamato Yamamotonun rəssamlığı ilə Takaya Kaqami tərəfindən yazılan qaranlıq fentezi manqa seriyası. 3 sentyabr 2012-ci ildən Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur. Manqa seriyasında hadisələr insan məhsulu bir virusun bütün dünyada əhalinin azalmasına və ancaq 13 yaşından kiçik uşaqların sağ qalmasına səbəb olduğu bir dünyada cərəyan edir. Dünyada baş verən bu qırğından fürsət bilən vampirlər üzə çıxırlar və dünyada hakimiyyəti ələ keçirməyə çalışırlar. Yuiçiro Hyakuya adlı gənc öldürülən yetimxana ailəsinin qisasını almaq və dostu Mikaela Hyakuyanı vampirlərin əlindən almaq üçün vampir qırma birliyinə qoşulur. 28 avqust 2014-cü ildə Wit Studio anime adaptasiyasını anons etmişdir. Serialın birinci hissəsi 4 aprel 2015-ci ildən 20 iyun 2015-ci ilə kimi, ikinci hissəsi 10 oktyabr 2015-ci ildən 26 dekabr 2015-ci ilə kimi yayımlanmışdır. Serial 14 fevral 2018-ci ildə Böyük Britaniyada yayımlanmağa başlamışdır. Kaqami və Yamamoto tərəfindən Quren İçinosedən bəhs edən ranobe seriyaları hazırlanmışdır.
Waiting for the End
Waiting for the End — Linkin Parkın dördüncü studiya albomu olan A Thousand Sunsdan çıxan 2-ci sinqlı. 1 oktyabr 2010-cu il tarixində çıxmışdır. Klipi isə 8 oktyabr 2010-cu il tarixində Co Han prodüserliyi ilə çıxarılmışdır. Sinql çıxdıqdan sonra "Guitar Hero: Warriors of Rock" adlı oyunun soundtreki olmuşdur. "Waiting for the End" – 3:51 "The Catalyst ("Guitarmagedon" DIOYY? Remix) – 3:06 Waiting for the End klipi xüsusi effektlər vasitəsilə çəkilmişdir. Klipə Co Han prodüserlik etmişdir.
İst End cadugarları (teleserial, 2013)
İst End cadugərləri (teleserial, 2013)
İst-End cadugərləri (ing. Witches of East End) — eyni adlı kitab əsasında çəkilmiş Amerikan teleserialıdır. Serialın premyerası 6 oktyabr 2013-cü ildə Lifetime kanalında baş tutmuşdur. Hadisələr uydurma İst End adlı şəhərdə cadugər ailəsi olan Coanna Biçamp (Culia Ormond) onun iki qızı olan Freya Biçamp (Cenna Deuan Tatum) və İnqrid Biçamp (reyçl Boston) eləcədə onun bacısı Uendi Biçampın (Madçen Amik) ətrafında cərəyan edir. Lifetime serialı 22 noyabr 2013-cü ildə ikinci mövsüm üçün yenilədi və 13 seria olacağı bildirildi. İkinci mövsümün premyerası 6 iyul 2014-cü ildə baş tutdu. Kanal 4 noyabr 2014-cü ildə zəif reytinqlərə görə serialı ləğv etdi. Final seria 5 oktyabr 2014-cü ildə yayımlandı. İst End cadugərləri — Internet Movie Database saytında.
Uncharted 4: A Thief’s End
Uncharted 4: Bir Oğrunun Sonu, Naughty Dog tərəfindən yaradılan və Sony Computer Entertainment tərəfindən PlayStation 4 videooyun konsolu üçün nəşr olunan bir döyüş-macəra videooyunudur. Oyun 10 May 2016-cı ildə dünyada satışa çıxarıldı. Uncharted 3: Drake’s Deception-in dəvamı olan Neytan Dreyk'in rol oynadığı Uncharted seriyasının son oyunudur və Naughty Dog'un yaratdığı seriyanın son oyunudur. Drake's Deception hadisələrindən bir neçə il sonra, Bir Oğrunun Sonu, tale ovçuluğundan uzaqlaşan qəhrəmanı, Neytan Dreyk'i izləyir. Qardaşını qurtarmaq üçün Kapitan Henri Eyveri'nin uzun müddətdir itmiş xəzinəsinin yerini tapmaq üçün, böyük qardaşı Sem və uzun müddətdir birlikdə olan ortağı Sali ilə yenidən bir araya gəlir. Buraxılışının ardından Uncharted 4: Oğrunun Sonu, çox bəyənildi və videooyunları jurnalistləri tərəfindən 2016-ci ilin ən yaxşı videooyunlarından biri olaraq görüldü. Jurnalistlər, oyunu Uncharted seriyasına uyğun bir son olaraq gördülər. Oyun povestinə, romantik dərinliyinə, vizual keyfiyyətinə, Multioyunçu və inkişaf etdirilmiş oyun mexanikasına görə əvvəlki oyunlarla müqayisədə inkişaf etdirilmişdi. Uncharted 4: Bir Oğrunun Sonu, İlin Oyunu, Ən Yaxşı Aksiyon-Macəra Oyunu kimi bir sıra mükafatlara nail olmuşdur. Oyun ilk həftəsində 2,7 milyon kopiya satdı və PlayStation 4'dəki ən çox satan videooyunlarının yanında seriyanın ən sürətli satan oyunu oldu.
In the End It Always Does
In the End It Always Does — İngiltərə indi-pop musiqiçisi The Japanese House-un ikinci studiya albomu. 30 iyun 2023-cü ildə Dirty Hit tərəfindən buraxılıb.
.to
.to — Tonqa krallığı üçün təyin olunmuş coğrafi domen. == Xarici keçidlər == Registration of .
To
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Ak-To
Ak-To (ing. Ahch-To) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet xəritələnməyib, əkiz ulduzların orbitindədir və bir peyki var. Planetin nəfəs ala bilinəcək atmosferi və mülayim, lakin dəyişkən iqlimi var. Planetin səthi sadəcə dərin okeanlardan ibarət, lakin burada, yaşıl ağaclarla və otluqlarla örtülmüş qayalı ada arxipelaqları var. Adaların qayalıqlarında mamır, ot və qıjı da bitir. İlk ceday məbədi Məbəd adası adlanan adada inşa edilmişdir. Film ilk dəfə "Gücün oyanması" (2015), sonradan isə "Sonuncu ceday" (2017) və "Skayvolkerin yüksəlişi" (2019) filmlərində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Exegol — Vukipediya saytında.
To (hərf)
Թ, թ — (Səslənməsi: to, erm. թո) — erməni əlifbasının doqquzuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Something to Say to You
Something to Say to You — ABŞ musiqiçisi Cordananın ikinci studiya albomu. 4 dekabr 2020-ci ildə Grand Jury Music tərəfindən buraxılıb.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Hachimitsu to Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Minutes to Midnight
Minutes to Midnight – Linkin Parkın 3-cü studiya albomudur. Albom 14 may 2007-ci ildə çıxmışdır. Albomun prodüserləri Rik Rubin və Mayk Şinodadır. Linkin Park bu albom ilə Nu-Metal musiqi tərzindən uzaqlaşıb daha çox Alternativ roka üstünlük verdi. Bunun nəticəsi kimi, bu albom digər iki albomdan daha az satış gəliri əldə etdi. Linkin Park, Minutes to Midnight albomunun mahnılarını yazmağa 2003-cü ildə Meteoradan sonra başladı. Ancaq Mayk Şinodanın Fort Minor adı altında hip-hop albomu yaratması və Çester Benninqtonnun Dead by Sunrise mahnılarını yazmağa başlaması Minutes to Midnight albomunun hazırlanmasını bir qədər ləngitdi. Bir neçə açıqlanmayan səhvlərə görə albom bir qədər sonraya təxirə salındı. Bir qədər istirahətdən sonra aprel ayında Linkin Parkın üzvləri qərara gəldilər ki, What I've Done adlı bir sinqlı nümayiş etsinlər. Mayın 15-də albom Şimali Amerikada şatışa çıxarıldı.
Ojisan to Marshmallow
Ojisan and Marshmallow və ya Yaponiyada tanınan adı ilə Ojisan to Marshmallow (おじさんとマシュマロ, Ojisan to Mashumaro, azərb. Dayı və marşmellou‎) – Rekomaru Otoy tərəfindən yazılan və çəkilən manqa seriyası. Pixiv vasitəsilə onlayn şəkildə yayımlanır və indiyə qədər 20 milyon baxış əldə etmişdir. Daha sonra Ichijinsha tərəfindən 4 tankobon cildi buraxılmışdır. Creators in Pack tərəfindən 12 seriyalıq anime serialı çəkilmiş və 7 yanvardan 25 mart 2016-cı ilə kimi yayımlanmışdır. Habahiro Hiqe qırxa yaxın yaşı olan veb-şirkət işçisidir. Tabekko marşmelloularını çox sevir. Onun əməkdaşı İori Vakabayaşi tez-tez onu bu barədə əsəbləşdirir, onun qarşısında yeyir və mağazadan bütün marşmellouları alır. Dost olmalarına baxmayaraq əslində İorinin Habahirodan xoşu gəlir, onunla romantik əlaqələrinin olmasını arzulayır, onun diqqətini çəkmək istəyir. Habahiro isə onun nə etmək istədiyindən xəbərsizdir.
Ready to Die
Ready to Die — The Notorious B.I.G. repperin debüt albomudur. 1994-cü ilin sentyabrın 13-ü buraxılmışdı. Albom 1993 və 1994 illər arasında, Nyu-York şəhərin "The Hit Factory" və "D&D Studios" studiolarında yazılmışdı. Bu albom cavan repperin yaşadığı zaman yeganə buraxılmış albomudur. Ready to Die albomu, Dr. Dre, Snoop Dogg və digər tanınmış "west-coast hip-hop" repperlərin əksinə şöhrətini itirmiş "east-coast hip-hop" janrını təzədən canlandırdı. Bir neçə musiqi kritiklər tərəfindən bu albom ən yaxşı hip-hop albomlardan biri kimi qiymətləndirilib, 2003-cü ildə Rolling Stone jurnalının "500 Greatest Albums of All Time" siyahının 133-cü yeri tutub, 2006-da isə Time jurnalı bu albomu bütün zamanın 100 ən yaxşı albomlarının arasına əlavə edib.
Somebody to Love
Queen qrupunun "A Day at the Races" albomundan mahnısı. Freddi tərəfindən yazılıb. Əvvədən bu mahnının "Bohemian Rhapsody"-yə yaxın stildə yazılmağı planlaşdırılmışdı. Lakin bu mahnı eyni süjetə malikdir və Bohemian Rhapsody-dən daha zəif hesab olunur.Mahnıda eynı zamanda Brayan,Rodjer və Freddidən ibarət xor da iştirak edir.Həmçinin mahnıya Meyin gitara solosu da əlavə edilmişdir. Mahnının mövzusu belədir ki nəql edən Allahdan ona elə birin tapmasını xahiş edir ki onu sevsin.Nəql edən çox işləyir,həmişə yorulur,onun arxasınca gülürlər amma deyir ki bir vaxt bu vəziyyətdən çıxacaq. Kaver versiyalar Bu mahnını müxtəlif vaxtlarda Corc Maykl, Enn Xatauey,Brittani Mörfi,G4 qrupu və s ifa etmişdirlər. Mahnıya klip çəkilmişdir.
Stairway to Heaven
Stairway to Heaven — Led Zeppelinin tərəfindən, 1971-ci ilin dekabr ayında nəşr olunan Led Zeppelin IV albomundan bir mahnı.Guitar World jurnalı Cimmi Peygin bu solosunu rok tarixindəki ən yaxşı solo seçmişdir. "Stairway to Heaven" 100 ən yaxşı rok mahnısı siyahısında VH1 tərəfindən 2000-ci ildə üçüncü elan edilmiş, ən yaxşı 500-də isə 31-ci yerdə qərarlaşmışdır.